SİYASƏT


Polkovnik Vaqif Dərgahlı: Azərbaycan Ordusu düşmənə qarşı tədbirləri davam etdirəcək

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud sürətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar. Bu atəş xüsusilə iriçaplı silahlardan - 60 və 120 millimetrlik minomyotlardan açılıb. Eyni zamanda, artilleriya qurğularından da mövqelərimiz atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 13-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib.