SİYASƏT


Prezidentin köməkçisi Hikmət Hacıyev televiziya debatında Ermənistanın xarici işlər nazirinin yalanlarını ifşa edib

“Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı olub.
AZƏRTAC xəbər verir ki, Ermənistan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.