SİYASƏT


Niderlandda ölkəmiz əleyhinə aksiya keçirən ermənilər ərazidən uzaqlaşdırılıblar

İyulun 18-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin qarşısında 100-ə yaxın erməni nümayiş keçirib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əks-tədbir olaraq Azərbaycan icmasının nümayəndələri, onların ailə üzvləri, həmsərhəd Almaniya və Belçikada yaşayan soydaşlarımız əvvəlcədən səfirlik ərazisinə toplaşaraq, müvafiq plakatlar, holland və ingilis dillərində şüarlar, son təxribat nəticəsində cəbhədə həlak olmuş hərbçilərin və mülki şəxsin şəkillərini nümayiş etdiriblər. Saat 3-də gələn erməni icmasının nümayəndələri azərbaycanlılar tərəfindən “Azərbaycan, Qarabağ” şüarları ilə qarşılanmış və səs gücləndirici vasitəsilə Azərbaycan himni və əsgər marşı ifa olunub. Daha sonra Ermənistan tərəfindən işğal olunmuş ərazilər haqqında Niderland dilində məlumat verilərək onların adları bir-bir səsləndirilib.