SİYASƏT


Sərhəd bölgəsində yaşayan rus icmasının nümayəndələri ermənilərin son təxribatlarını qətiyyətlə pisləyirlər

Gədəbəydə yaşayan rus icmasının üzvləri Azərbaycana dəstək olaraq bir araya gəldilər.

AZƏRTAC xəbər verir ki, o nların məqsədi iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələri tərəfindən törədilən qanlı təxribatlara etirazlarını bildirməkdir.

Rus icmasının üzvləri vurğulayıblar ki, Azərbaycan Ordusu müasir silahlara və güclü qüvvəyə malikdir. Hər birimiz hər an Ali Baş Komandanın əmri ilə tapşırığı yerinə yetirməyə hazırıq. Vətənimizi əldə silah qorumağa, torpaqlarımızı işğal altından azad etməyə hazırıq.