SİYASƏT


Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında ulu öndər Heydər Əliyevə və Naxçıvana həsr olunan veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında ulu öndər Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikasına həsr olunan xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı, Azərbaycanın yaxın dostu Kazuyasu İşida “Azərbaycan Respublikasının Milli Atlası” kitabına əsasında ölkəmizin coğrafi mövqeyi, dövlət atributları, müstəqilliyin bərpa edilməsindən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyası, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal layihələr barədə ətraflı məlumat verib.