Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb
03.08.2020 [18:15]
Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilən tədbir zamanı şəhər sakini Zakir Məmmədovun işlətdiyi restoranda müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 8 müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər. Araşdırma zamanı müəyyənləşdirilib ki, orada olan müştərilərin hamısı saxlanılan şəxslərdən biri olan Niyaməddin Babayevin ad gününü keçirmək üçün kafeyə toplaşıblar.