CƏMİYYƏT


Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyənləşdirilib

Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, ona ev şəraitində müalicə təyin olunsa da, həmin şəxs qaydaları pozaraq yaşayış yerini tərk edib.