CƏMİYYƏT


COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən şəxslər həbs olunublar

Polis əməkdaşları ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına hərtərəfli əməl edilməsi istiqamətində ciddi nəzarət tədbirləri həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 infeksiyasına yoluxduğunu bildiyi halda özünütəcrid qaydalarına riayət etməyən və bu virusun ətrafdakı şəxslərə də keçməsinə şərait yaradan şəxslər müəyyən olunaraq saxlanılıblar. Belə ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev, Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyənləşdirilib və onlar tutulublar.