CƏMİYYƏT


15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.