CƏMİYYƏT


Xaçmazda narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Ləcət kənd sakini Şamil Pirəhmədovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş 33 ədəd çətənə bitkisi və 640 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır