CƏMİYYƏT


Düşmənin artilleriya atəşi nəticəsində əhaliyə vurduğu ziyan aradan qaldırılır

Ermənistan silahı qüvvələri Azərbaycan Ordusunun şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatlarından sonra növbəti zərbəni bu ilin iyul döyüşləri zamanı Tovuz rayonu istiqamətində aldı. Düşmənin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata tutarlı cavab verildi. İşğalçı ölkənin silahlı qüvvələri erməni xislətinə uyğun olaraq yenə də mülki əhalini, yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə həmin kəndlərdə yaşayan əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev dərhal sərəncam imzaladı.