MƏDƏNİYYƏT


Astaranın açıq təbiət muzeyi - Sım kəndi

Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir.
Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndinin mərkəzində 74 bulaq var.