Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranlı ustanın nağıl dünyası

19.08.2020 [14:09]

Xəbərin mətni

Keramika sənəti ən qədim sənətkarlıq sahələrindən biridir. Bu qədim sənət növü ilə Azərbaycanda az sayda insan məşğul olur. Onlardan biri də cənub bölgəsində yeganə keramika ustası olan Tərlan Sadıqovdur.AZƏRTAC-ın əməkdaşı sənətkarın nağılabənzər emalatxanasında onunla görüşərək söhbət edib, minbir əziyyətlə yaratdığı əsərlərlə tanış olub.Tərlan Sadıqov 1994-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirəndən sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib.