Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada yanğından zərər çəkən iki ailə üçün yeni evlər tikilir

19.08.2020 [16:55]

Xəbərin mətni

Quba rayonunun Qarxun kəndində bu ilin fevral ayında baş verən yanğın zamanı evləri tamamilə yanan iki ailə üçün yeni mənzillərin tikintisinə başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarxun kəndində yanan evlərdən biri şəhid atası 75 yaşlı Rafiq Bayramova məxsusdur. Onun oğlu Famil Bayramov 1994-cü ildə Tərtər uğurunda gedən döyüşlərdə şəhid olub.