CƏMİYYƏT


Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs şəhər polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman əlindəki çantadan iki bükümdə ümumi çəkisi bir kiloqramdan artıq olan heroin aşkarlanaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. O, narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxsə göndərdiyini deyib.