MƏDƏNİYYƏT


IX əsrə aid olduğu güman edilən məzarların qorunduğu “Seyid Xəlifə” ziyarətgahı

Tarixi həqiqətləri özündə yaşadan və bu günümüzədək gəlib çıxan abidələr sırasında Azərbaycanda geniş yayılan türbələrin özünəməxsus yeri var. Bu türbələrdən biri də Lənkəranın Cil kənində yerləşir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə və ya "Seyid Xəlifə" adlandırılan ziyarətgahda bura pənah gətirən seyidlərin məzarları da var.AZƏRTAC xəbər verir ki, Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra tanınmış insanlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəran ərazisində məskunlaşmışdılar. Həmin şəxslərin məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır.