CƏMİYYƏT


Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirlən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub.