MƏDƏNİYYƏT


Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçi yaradılıb

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması və ən əlamətdar yerlərdə, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Bakı şəhərindəki Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçi yaradılıb.AZƏRTAC xəbər verir ki, Ukrayna dilində audiobələdçi Ukraynanın bütün sakinləri üçün əlamətdar bir gündə - Ukraynanın Müstəqillik Gününün ildönümü – 2020-ci il avqustun 24-də təqdim edilib.