CƏMİYYƏT


Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.