Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan yaxın qohumlar saxlanılıblar
25.08.2020 [17:19]
Xəbərin mətni
Xətai Rayon Polis İdarəsinin cinayət axtarış və 34-cü polis şöbələrinin əməkdaşları narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb.