CƏMİYYƏT


Narkotik vasitələrin satışı ilə məşğul olan Qobu qəsəbə sakinləri tutulublar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 11 qram tiryək, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və 1 qram heroin aşkarlanıb.