CƏMİYYƏT


Su polisi qanunsuz ov edənlərə qarşı daha bir uğurlu əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı tədbirlər keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və qohumu İmamverdi Orucov saxlanılıblar.