CƏMİYYƏT


DİN: 15 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan daha bir şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub. Şəxsi axtarış zamanı onun üzərindən 2 qram metamfetamin aşkar edilib. Ramin Qasımlının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və 3 kiloqram metamfetamin aşkarlanıb. Əməliyyat nəticəsində ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.