MƏDƏNİYYƏT


Ukrayna kitabxanasına Azərbaycanın tanıdılması məqsədilə kitablar hədiyyə edilib

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə çap olunan kitablar Kiyevdə Səməd Vurğun adına kitabxanaya hədiyyə edilib.AZƏRTAC xəbər verir ki, kitabxanaya son zamanlar səfirlik tərəfindən Ukrayna dilində çap olunan 14 növdə 500-ə qədər kitab təqdim olunub. Təqdim olunan kitablar arasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və Zaman” üçcildlik və digər kitabları da var. Bundan başqa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tarixi və milli dəyərlərinə dair kitablar da hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır