MƏDƏNİYYƏT


Yardımlıda 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb

Yardımlıda təxminən 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb. Rayonda, həmçinin iri daşlardan hazırlanmış qəbirlərə də rast gəlinib.
AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabr ayında Urakəran kəndində təsərrüfat işləri aparan zaman maraqlı hadisə baş verib. Evinə su borusu çəkmək istəyən kənd sakini saxsı əşyalar tapıb. Sonradan məlum olub ki, bu, adi saxsı qablar deyil.