MƏDƏNİYYƏT


Avstraliyanın “Aurora” telekanalında Azərbaycana həsr olunan xüsusi veriliş yayımlanıb

Avstraliyanın “Aurora” telekanalında Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunan xüsusi veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman Armstronqun Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışılıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edilib.Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçaların, “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnılarının səsləndiyi yüksək peşəkarlıqla hazırlanmış verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsusu xüsusiyyətlərindən bəhs olunub, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqların milli mətbəximizə heyran qaldığı xüsusi vurğulanıb.