CƏMİYYƏT


Vəndam çayı üzərində Yengicə su anbarı tikiləcək – Qəbələdən REPORTAJ

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu su anbarlarından birinin Qəbələ rayon ərazisində Vəndam çayının hövzəsində tikilməsi planlaşdırılır. Rayonun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq Yengicə su anbarının yeri dəqiqləşdirildikdən sonra, müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib.