Vətəndaşların sosial şəbəkə səhifələrindən daxil olmuş sualları #prokurorluqdanizah həştəqi altında cavablandırılacaq
28.08.2020 [12:52]
Xəbərin mətni
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlər daim həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb.