CƏMİYYƏT


“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya start verib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi “Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib.İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın məqsədi 1988-ci ilin əvvəllərindən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və həmin il sentyabrın 18-dən Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı bilərəkdən həyata keçirilən terror hadisələrinə diqqəti cəlb etməkdir.Xalqımıza qarşı Ermənistanın törətdiyi dəhşətli cinayətlər silsiləsində Xankəndi hadisələrinə az diqqət yetirilib. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu hadisələrin öyrənilməsinə, yenidən gündəmə gətirilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır