MƏDƏNİYYƏT


Azərbaycanda ilk dəfə şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssam

Qazax rayonunun Çaylı kəndinin 65 yaşlı sakini Nəcməddin Hüseynov qeyri-adi bacarığı ilə - Azərbaycanda ilk dəfə şam tüstüsünün hisi ilə əsərlər yaradan rəssam kimi tanınır. Hələ uşaq ikən müəlliminin verdiyi ev tapşırığı əvəzinə xalq qəhrəmanı Babəkin şəklini çəkən balaca Nəcməddinin bu sevgi və həvəsi onu rəssamlığa gətirib çıxarıb.AZƏRTAC xəbər verir ki, N.Hüseynov təhsilini Bakı şəhərində, Dövlət rəssamlıq məktəbində alıb. Burada müəllimlərdən sənətin sirlərini öyrənib.Onun yaradıcılığının ən üstün cəhətlərindən biri müxtəlif janrlarda əsərlər yaratmaqdır. İkinci qrup əlil olan rəssam 3 mindən çox əsərin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır