MƏDƏNİYYƏT


Füzulidə Neolit dövrünə aid yaşayış məskəni aşkar edilib

Füzuli rayonunun Horadiz kəndi ərazisində Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Lələtəpə neolit dövrü yaşayış yeri 2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Bu ilin yayında yaşayış yerində arxeoloji qazıntılara başlanılıb. Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib.