RƏSMİ


Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub
Bununla bağlı “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarının reportajlarında Prezident İlham Əliyevin müsahibəsi təqdim edilib

Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilib. Reportajlarda Prezident İlham Əliyevin müsahibəsi təqdim olunub.