Məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edilib
06.09.2020 [11:33]
Xəbərin mətni
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Milli Məclisinin deputatı Rauf Əliyev Xocalı, Xankəndi və Şuşadan olan məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəsmi “Twitter” səhifəsində məlumat paylaşılıb.
Layihənin məqsədi məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdir.