CƏMİYYƏT


"Bərabərik" layihəsi fiziki qüsurlu insanların cəmiyyətdən kənarda qalmasına imkan vermir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Muz TV Azərbaycan" televiziyasının "Bərabərik" adlı musiqi layihəsinin məqsədi fiziki qüsurlu şəxslərə dəstək olmaqdır.Bu barədə AZƏRTAC-a məlumat verən layihənin baş prodüseri Pərvinə İsmayılova deyib ki, avqustun 26-dan start verilən layihəyə Qarabağ müharibəsi qaziləri də cəlb olunub. Layihə çərçivəsində istedadlı və məlahətli səsə malik fiziki qüsurlu şəxslərlə bir sıra tanınmış müğənnilərin "Muz TV Azərbaycan"da birgə ifalarının yer aldığı silsilə verilişlər hazırlanır.