SİYASƏT


15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində Hərbi Liseyi 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasının ali hərbi məktəbinə daxil olub.