CƏMİYYƏT


Gəncədə külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan qərb regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayonunun Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb. Ona məxsus fərdi evə baxış keçirilən zaman yardımçı tikilidən 1 kiloqram 600 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.