CƏMİYYƏT


Xəzər rayonunda fərdi təsərrüfatlardan oğurluq edən şəxslər tutulublar

Xəzər Rayon Polis İdarəsi və 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsindəki fərdi təsərrüfatlardan xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır