CƏMİYYƏT


Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin olunacaqlar

Bu il Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 21 nəfər evlə təmin olunacaq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda 4 nəfər üçün fərdi ev tikilir, 17 nəfərə isə rayon mərkəzindəki yaşayış binasından mənzil alınaraq təqdim olunacaq.Yuxarı Ləgər, Əvəcuq, Gədəzeyxur və Urva kəndlərində tikilən birmərtəbəli, iki otaqdan ibarət evlər üçün dörd sot həyətyanı sahə ayrılıb. Mənzillərin tikintisi yekunlaşdıqdan sonra su, qaz, istilik sistemi ilə təmin ediləcək və həyətyanı sahələrdə abadlıq işləri aparılacaq.