CƏMİYYƏT


Qubanın Dəlləkli kəndində eyni gündə üç ərazidə yanğın baş verib

Sentyabrın 19-da Quba rayonunun Dəlləkli kəndində günün müxtəlif saatlarında ayrı-ayrı vətəndaşlara məxsus tövlələrdə yanğın hadisələri baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisələr zamanı üç tövlənin
dam örtükləri və damlarına yığılmış ot tayaları yanıb.Yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Yanğınların qəsdən törədilməsi ehtimalı nəzərə alınaraq əraziyə Quba Rayon Polis Şöbəsinin və İcra Hakimiyyətinin nümayəndələri də gəlib.Faktla bağlı araşdırma aparılır.