CƏMİYYƏT


Vətəndaş məmnunluğunun təmin olunması prokurorluq orqanları üçün prioritet məsələdir

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müraciətlərin prokurorluq orqanları tərəfindən müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində daim kompleks tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar məmnunluqlarını ifadə edirlər. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videolar hazırlanaraq ictimaiyyətə təqdim olunur.