“Neftçilər Günü” münasibətilə hazırlanan animasiyada Xəzərdə Bakı neftinin daşınması canlandırılıb
21.09.2020 [16:40]
Xəbərin mətni
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti 20 sentyabr - “Neftçilər Günü” münasibətilə informasiya xarakterli animasiya çarxı hazırlayıb. ASCO-dan AZƏRTAC-a bildirilib ki, animasiya neft tarixində inqilabi hadisə sayılan dünyada ilk dəfə “Aleksandr” barjı ilə Xəzərdə Bakı neftinin birbaşa tryumda daşınmasına həsr olunub.