SİYASƏT


Azərbaycan Ordusunun şəhid hərbçisi ilə vida mərasimi keçirilib

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.AZƏRTAC xəbər verir ki, şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Tovuz rayonunun Qaziqulu kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb.