Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
22.09.2020 [10:45]
Xəbərin mətni
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında söyləyib.