CƏMİYYƏT


Fransada Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan xalqının qəhrəman oğlu, Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 ili tamam olur.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəşadətli döyüş yolu keçmiş, xalqımızın mərd oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam çərçivəsində Fransadakı səfirliyimiz Əhmədiyyə Cəbrayılovun xatirəsinin anılması münasibətilə xüsusi tədbirlər planı hazırlayıb.