CƏMİYYƏT


Baş Prokurorluğun hazırladığı növbəti maarifləndirici videoçarxda ev dustaqlığı mövzusunda məlumat verilib

Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.