MƏDƏNİYYƏT


“Fleyta təbiətin səsidir”- 12 yaşlı Məsumə fleytanı necə öyrəndi

23 nömrəli musiqi məktəbinin 7-ci sinif şagirdi Məsumə Əliyeva 6 yaşından fleyta ifa edir. Ürəyində yaranan qüsurla bağlı həkim balaca qızın valideynlərinə məsləhət görür ki, Məsumə hər-hansı musiqi alətində ifa etməlidir. Valideynləri onu musiqi məktəbinə yazdırır və beləcə, Məsumə fleytanı öyrənir. Vaxt keçdikcə onun ürəyindəki qüsur düzəlir amma balaca fleytaçı öz sevimli musiqi alətindən bir an olsun ayrı qalmır.