DÜNYA


“Huawei” şirkətinin fabrikində baş verən yanğında 3 nəfər ölüb

Çinin iri telekommunikasiya şirkəti olan “Huawei”in Donquan şəhərindəki fabrikində baş verən yanğında 3 nəfər ölüb.AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, hadisə ötən gün fabrikin ərazisində inşası davam edən binada baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hadisə yerindən tapılan meyitlər şirkətin əmlakın idarəedilməsi departamentinin əməkdaşlarına məxsusdur.Hələlik yanğının səbəbi məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır