DÜNYA


Ukrayna Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının mümkün səbəbini açıqlayıb

Xarkov yaxınlığında “An-26” təyyarəsinin qəzaya uğramasına çox güman ki, texniki nasazlıq səbəb olub.AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Andrey Taran məlumat verib.“Hansısa texniki nasazlıq yaranıb. Onun nədən ibarət olduğunu müəyyən edəcəyik. İlkin nəticəyə qara qutular deşifrə edildikdən sonra gəlmək olacaq”, - deyə nazir bildirib.Nazirlik, həmçinin bu gün səhər saatlarında təyyarənin qara qutularının tapıldığı barədə məlumat yayıb.