DÜNYA


İstanbulun tarixi bölgələrindən birində güclü meşə yanğını baş verib

İstanbulun tarixi yerlərindən olan “Anadolu Hisarı”na yaxın meşəlik ərazidə güclü yanğın baş verib.AZƏRTAC xəbər verir ki, yanğın yaşayış ərazilərinə yaxın bölgədə meydana gəlib. Hazırda yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə yanğınsöndürən briqadalarla yanaşı, helikopterlər də cəlb olunub. Yanğın səbəbindən çıxan qatı duman İstanbulun bir çox bölgələrindən görünür.Xəsarət alanlarla bağlı məlumat yoxdur.