SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir

Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir. Biz 2016-cı ildə əsas vəzifəsi milli prioritetlərin müəyyən edilməsindən, müxtəlif dövlət proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırılmasından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis etmişik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışında bildirib.